07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid ailələrinə təqaüd veriləcək

11.09.2021

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilir.

Bunu "Report”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərdən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.

Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa da sənəddən çıxarılır.

Qeyd edək ki, qanun layihəsi "Sosial müavinətlər haqqında” 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli qanuna və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmanına əsasən hazırlanıb.