06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qatarda problem yarandı: Metroda gecikmə

10.09.2021

Bu gün "Bakı Metropoliteni” QSC-nin qatarlarından biri "Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist nasazlıq hiss edib.

DM xəbər verir ki, buna görə də "Ulduz” stansiyasında sərnişinlər düşürülüb.

Qatar texniki baxış üçün "Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən qatarların hərəkətində 3-4 dəqiqə ləngimə olub.

Metronun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda qatarlar qrafik üzrə normal hərəkət edir.