06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıya göndərilən türk GENERALLAR

09.09.2021

Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şuranın toplantısı keçirilib.

DM xəbər verir ki, həmin toplantıda Bakıda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək generalların adları bəlli olub.

Qərarla Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.