Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək 
    
                          (2) (1).jpg) 
     
                         09.09.2021
 
    
                        Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.
Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub.
Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 17:00-da) baş tutacaq.