03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həkim: “Mü” ştammı Azərbaycanda da yayılacaq”

08.09.2021

"Koronavirusun "Mü” variantı "Delta” qədər yoluxucu və öldürücü gücə malik deyil”.

Bunu "ARB 24”ün "Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O, insanları "Mü” variantına görə təşvişə düşməməyə çağırıb:

"Heç bir həkim xəstəyə baxıb onun "Mü” və ya başqa varianta yoluxduğunu deyə bilməz. Bunu yalnız molekulyar genetik üsulla müəyyənləşdirmək olar. Lakin hansısa əlamətlərin üstünlük təşkil etməsinə görə zamanla onu ayırd edə bilərik. Məsələn, "Delta” variatında daha çox boğaz, baş ağrısı, burun tutulması qeydə alınır. Düzdür, bu əlamətlər klassik COVID-19-da olur. Sadəcə olaraq, "Delta”da sözügedən əlamətlər daha çox üstünlük təşkil edir”.

V. Cavadzadə bildirib ki, bu variantın ölkəmizə gəlmə ehtimalı yüksəkdir:

"Ölkəmizdə "Mü” variantına rast gəlinib-gəlinməməsini laborator nəticələrə əsasən deyə bilərik. Hazırda isə bununla bağlı açıqlama yoxdur. Güman edirəm ki, dünyanın 40 ölkəsində və bizə yaxın ölkələrdə yayılıbsa, gec-tez bizdə də yayılacaq. Lakin təşvişə düşməyə ehtiyac yoxdur”.