30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir tədrisin gec başlamasının səbəbini AÇIQLADI

07.09.2021

"Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır”.

DM-in məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır:

"Gündəlik yoluxanların 2 faizə qədəri təhsil işçiləri, 8 faizə qədər şagirdlərdir. Belə ki, 10 faizlik gündəlik yoluxma 300 nəfər edir ki, bu da həmin məktəbin distant təhsilə keçməsinə səbəb olur. Biz isə tədris başlayan kimi məktəbi distant təhsilə keçirmək istəmirik”.

"Güman edirik ki, növbəti həftələrdə ölkəmizdə koronavirusa yoluxma azalacaq”, - deyə nazir qeyd edib.