07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarkisyandan ETİRAF

06.09.2021

"1992-ci ildə Şuşa şəhəri bizim nəzarətimiz altına keçdikdən sonra ermənilər azərbaycanlıların evlərini dağıdıb yana biləcək hər şeyi sındıraraq, qışda qızınmaq üçün istifadə edirdilər".

DM xəbər verir ki, bunu işğal altında olduğu dövrdə 7 il Şuşanın "meri" işləmiş Artsvik Sarkisyan bildirib.

Onun sözlərinə görə, 7 il ərzində o, Şuşa şəhərinə tətbiq olunan heç bir investisiya görməyib:

"Şəhərdə insanlar öz hesabına yollara asfalt salıblar, özlərinə evlər tikiblər. Amma ən dəhşətlisi bu deyil. Azərbaycanlılar 30 il müddətində həmişə, hər yerdə deyirdilər ki, Şuşa Azərbaycanın qədim şəhəridir, Qarabağ Azərbaycandır. Bəs biz? Bəs biz, ermənilər? Bir il də keçmədi, biz artıq Şuşanı da, Qarabağı da unutduq. İndi özünüz nəticə çıxarın", - deyə o qeyd edib.