06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karate millimiz MDB Oyunlarına yola düşdü

06.09.2021

Karate üzrə 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarına yola düşüblər.

DM xəbər verir ki, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi kumiteçilərin heyətində oğlanlardan Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi -60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (hər ikisi -67 kq), Tale Yaqubov, Fərid Ağayev (hər ikisi -75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (hər ikisi -84 kq), Musa Sarızadə, Osman Osmanlı (hər ikisi +84 kq), qızlardan İnci Əzizova (-50 kq), Mədinə Sadıqova (-55 kq), Renata Ərəbli, Səma İmanzadə (hər ikisi -61 kq), Zəhra Əliverdiyeva və Alika Semixova (hər ikisi -68 kq) mübarizə aparacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun müşayiət etdiyi yığmada Ceyhun İsmayılov, Həsənəli Həsənov, Samirə Babayeva və Emiliya Mitlinova fərdi yarışlarda çıxış edəcək. Böyük məşqçilərdən Seymur Xudaverdiyev, beynəlxalq hakimlərdən isə Şahin Xudaverdiyev və Mais Mədətov I MDB Oyunlarına yollanıb.

Qeyd edək ki, 20 idmançıdan ibarət karate millimiz MDB Oyunlarının son günlərində – 10-11 sentyabr tarixlərində yarışa qatılacaq.