09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə SON VƏZİYYƏT: Branson buraxıla bilər - İDDİA

14.08.2018

Türkiyədə ev həbsində saxlanılan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılacağı ilə bağlı məlumat yayılıb.
"Dövran Media" xəbər verir ki, bununla bağlı Bransonun vəkili məhkəmədə iddia qaldırıb.
Türkiyə mediasının məlumatına görə, yaxın saatlarda bununla bağlı açıqlama yayılacaq.
Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.
2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir.
Türkiyə hökumətinin bu addımına cavab olaraq, ABŞ qarşı tərəfə sanksiyalar tətbiq etməyə başlayıb.