30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Teymur Rəcəbov dünya çempionatının finalında

06.09.2021

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin bütün iştirakçıları bəlli olub.

DM xəbər verir ki, turnir cədvəlində ilk 8 yerin sahibi həlledici raundda iştirak edəcək.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 9 mərhələnin yekununda 133 xalla 4-cü olub və finala vəsiqə qazanıb. 26 xal toplayan Şəhriyar Məmmədyarov isə 12-ci yerlə kifayətlənib.

Rəcəbovun indiyədək qazancı 103 min 968, Məmmədyarovun isə 30 min 323 ABŞ dollarıdır.

Qeyd edək ki, final mərhələsi sentyabrın 25-də Norveçin paytaxtı Osloda başlayacaq.