30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Taliban Çini tərəfdaş adlandırdı

03.09.2021

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” hərəkatı Çini əsas beynəlxalq tərəfdaşı kimi görür.

DM xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

"Çin əsas tərəfdaşımızdır, bizim üçün vacib və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır", - Mücahid İtaliyanın "La Repubblica" qazetinə müsahibəsində deyib.

O, Pekin tərəfindən həyata keçirilən qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək" "Bir Kəmər, Bir Yol" layihəsini yüksək qiymətləndirdiyini söyləyib: "Çin dünya bazarlarına açılan qapımızdır".

"Taliban" nümayəndəsi Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümidvar olduğunu vurğulayıb.