03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki təşkilat müqavimətçilərə qarşı birləşib

02.09.2021

Əfqanıstanın Pəncşir əyalətindəki Milli Müqavimət Cəbhəsi "Əl-Qaidə” terror təşkilatının "Taliban” hərəkatı ilə biləşdiyini bəyan edib.

DM xəbər verir ki, bu barədə Müqavimət Cəbhəsi Tvitterdə bildirib.

"Əl -Qaidə” Əfqanıstan Müqavimət Cəbhəsi ilə mübarizə aparmaq üçün "Taliban”a birləşib. ABŞ geri çəkildi, tarix təkrarlanır", - bəyanatda vurğulanır.

"Taliban” 15 avqustda paytaxt Kabilə daxil olaraq, ölkədə hakimiyyəti ələ keçirdi. Onların nəzarətində olmayan yeganə əyalət Kabilin şimal-şərqindəki yüksəkliklərdə yerləşən Pəncşirdir.