03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ"ın oyunu zamanı yıxılan azarkeş dünyasını dəyişdi

02.09.2021

Şotlandiyada "Aberdin" və "Qarabağ" arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı yıxılan yerli komandanın azarkeşi Uotson Smit dünyasını dəyişib.

DM xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Aberdin təmsilçisinin qatı tərəfdarı olan 71 yaşlı fanat müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, "Pittodri" stadionunda baş tutan "Aberdin" - "Qarabağ" görüşü Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk qarşılaşmada da rəqibini məğlub edən (1:0) "köhlən atlar" qrup mərhələsinə vəsiqə qazanıb.