03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Afrikada şəhidlərimiz adına su quyuları qazılır

02.09.2021

Vətənin bütövlüyü uğrunda canlarından keçən, şəhid olmağı özünə şərəf bilənlərin adlarına bulaqların tikilməsinin də tez-tez şahidi oluruq.

Bu dəfə şəhidlərimizin adına bulaq, daha doğrusu, su quyuları qazıldı.

Özü də Afrikada. İnsanların suya daha çox ehtiyac duyduğu yerdə. İnsanların xüsusi marağına səbəb olan bu təşəbbüsdə ilk iştirak edən şəhid ailələrindən biri baş leytenant Bayram Babaşovun ailəsidir.

Bu təşəbbüsü həyata keçirən dərnək isə Türkiyədə yerləşir. Şəhidlərin xatirəsinə qazılan quyulardan yüzlərlə insan su içir, kəndlərin su tələbatı ödənilir.

Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən bu yardım dərnəyinə təkcə şahid ailələri yox, hamı qoşulub, yardıma ehtiyacı olan insanlara əl uzada bilər.

Daha ətraflı Baku TV-nin süjetində: