03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xankəndidə “müstəqillik günü” təxribatı

01.09.2021

Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma "müstəqillik günü” qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma "parlamentin xüsusi iclası”nda Ermənistandan qonaqların iştirakı da gözlənilir:

- "Ermənistan” bloku: Armen Rüstəmyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələcəyi haqda məlumatlar var; nə blokun lideri Robert Köçəryan, nə də parlamentdə əsas fiquru olan Seyran Ohanyan olacaq;

- "Şərəfim var” bloku: cəmi bir deputat – Artur Vanetsyan (Vətən Partiyasının sədri, Paşinyan hakimiyyətində keçmiş təhlükəsizlik xidmətinin rəhbəri olub) iştirak edəcək;

- Hakim "Mənim addımım” fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi deyilir.

Ermənistan rəhbərliyindən heç kim qondarma "mərasim”ə qatılmayacaq və bu, son 30 ildə bir ilk olacaq: Nikol Paşinyan Soçidə istirahətdədir (sentyabrın 3-ü qayıdacaq); parlament sədri Alen Simonyan sentyabrın 2-də Vyanada səfərdə olacaq; prezident Armen Sərkisyan ümumiyyətlə yoxa çıxıb.

Separatçılar Ermənistan rəhbərliyinin iştirakı üçün çox əlləşsə də, hətta hakimiyyətə Xankəndidə heç bir xoşagəlməz halın yaşanmayacağı, etiraz aksiyasının keçirilməcəyi sözünü versə də, nəticə əldə edə bilməyiblər: Nikol anlayır ki, onun Xankəndiyə getməsi mümkünsüzdür.

Lakin qondarma "müstəqillik günü”ndə iştirak Ermənistanın daxili həyatında siyasi mübarizənin gündəmini müəyyən edəcək amildir: iştirak etməyənlər ittihamlarla üzləşəcək, bu baxımdan, hər fraksiya hansısa formada təmsil olunmağa çalışacaq.

Bütün bunların fonunda Bakının hansı addımı atacağı əsas müzakirə mövzusudur:

1. Siyasi reaksiya verilə bilər: hərçənd, bunun nə qədər effektli olacağı sual altındadır;

2. Hərbi müstəvidə addımlar ata bilər: müdafiə nazirinin 30 avqustda orduya "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin” əmri bu ehtimalı önə çıxarır.

Hələ ki səssizlikdir, lakin nələrinsə edilməsi zərurəti var. Və başqa bir ehtimalı da mümkündür: Bakı qondarma "müstəqillik günü”ndə susub, ardınca, bunu siyasi və hərbi müstəvidə müdaxilə üçün əsas götürə bilər.