02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çingiz Abdullayev koronavirusa yoluxmaq məsələsinə aydınlıq gətirdi

31.08.2021

Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxması xəbərlərinə şəxsi "Facebook” hesabından reksiya verib:

"Səkkiz gün əvvəl koronavirusa yoluxdum. Ən təhlükəli "Delta” variantına. Başım ağrıyırdı, titrətməm var idi”.

O, vaksin vurdurmayanlara səslənənərək deyib ki, ən vacib məqam dörd ay əvvəl peyvəndin hər iki dozasını vurdurmağım və Avropadan sifariş edilən dərmanları və vitaminləri qəbul etməyimdir:

"Nəticədə xəstəliyi demək olar ki, hiss etmədim. Amma təbii ki, karantində oldum. Saturasiyam 97-98 səviyyəsində idi. Temperaturum və öskürəyim olmadı. Demək olar ki, bütün qoxuları hiss edirdim”.

Abdullayev bütün bunları peyvəndlə əlaqələndirir və hamını vaksin vurdurmağa çağırır.

"Həyatım boyu bir dəfə də siqaret çəkməmişəm, demək olar ki, spirtli içki qəbul etmirəm, gəncliyimdə idmanla çox məşğul olmuşam. Adətən, futbola üç-dörd saat vaxt ayırıram. Bu artıq sağlamlıq məsələsidir. Xəstə ola bilərsiniz, amma bu, ölməyə rəvac vermir. Piylənmə də təsir edə bilər. 1.87 boyla uzun illər 94-97 kiloqram çəkidə olmuşam. Heç kim demir ki, xəstələnməyəcəksiniz.

Bu infeksiya hər kəsə yoluxa bilər. Amma ölmək mütləq deyil. Həm də xəstəliyi ağır keçirmək də dözülməzdir. Qayğınıza görə hamınıza təşəkkür edirəm. Sağlam olun!”, - deyə o "Facebook” hesabında yazıb.