05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya COVID-19 əleyhinə yeni vaksin istehsal edib

30.08.2021

Rusiyanın Sankt-Peterburq şəhərindəki "Smorodintsev" Qrip Araşdırma İnstitutu ilin sonuna qədər yeni COVID-19 vaksininin sınaqlarına başlayacaq.

DM "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə İnstitutun dirtektoru Dmitri Lioznov məlumat verib.

Onun sözlərinə görə, klinikada aparılan ilkin testlər artıq başa çatıb və indi institut növbəti mərhələnin təsdiqlənməsi üçün sənədləri təqdim edib. Yeni vaksinin həm koronavirus infeksiyasından, həm də A qripindən qoruyacağı bildirilib.

Qeyd edək ki, hazırda Rusiyada 5 COVID-19 peyvəndi qeydə alınıb.