09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Giya Kuçava: “Tbilisi həmişəki kimi İrəvanı rədd edəcək”

30.08.2021

Gürcüstan 1993-cü ildə separatçı bölgələrdən keçən bütün yolları bağladıqdan sonra, Ermənistan hər il İrəvanı istisna etməyi xahiş edir və istəyir ki, erməni tərəfi Abxaziya və Cənubi Osetiyadan keçən tranzitdən istifadə etsin.

Bu sözləri gürcüstanlı analitik Giya Kuçava deyib.

"Hesab edirəm ki, Tbilisi həmişə olduğu kimi İrəvanı rədd edəcək. Bu sırf mənim fikrim deyil, Gürcüstan ictimaiyyətinin əksəriyyəti belə düşünür. Eyni zamanda, Nikol Paşinyana İrma İnaşvili və David Tarxan-Mouravinin başçılıq etdiyi "Gürcüstan vətənpərvərləri Alyansı” kimi açıq rusiyapərəst siyasi təşkilatlar tərəfindən dəstək veriləcəyini istisna etmirəm”, - deyə o qeyd edib.

Analitik vurğulayıb ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti Gürcüstanın işğal olunmuş bölgələrinin Ermənistan tranziti üçün istifadəsinə qarşı çıxır.