02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident və xanımı Şuşada Vaqif Poeziya Günlərinin açılışında

30.08.2021

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.