09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lirə dirçəlir- AÇIQLAMA

13.08.2018

Türkiyədə lirənin bu il üçün 40 faiz dəyər itirməsindən sonra görülən tədbirlər öz təsirini göstərməyə başlayıb.
"Dövran Media" xəbər verir ki, hazırda ölkənin Mərkəzi Bankı lirənin dollara nisbətini 5,9 lirə dəyərində qiymətləndirib.
Dünya birjalarında isə milli valyutanın dollara qarşı göstəricisi 6,5 lirəni keçmir.
Dolların Türkiyə bazarında möhkəmlənməsi və lirənin dəyər itirməsi ilə əlaqədar həm hökumət həm də yerli əhali birlik nümunəsi göstərib.
Mərkəzi Bankın valyuta bazarında stabilliyinin təmin olunması üçün ölkənin banklarına ümumi 12 milyard dollarlıq yardım göstərib.
Bundan sonra baş prokurorluq sosial şəbəkələrdə lirənin dəyər itirməsinə səbəb olacaq paylaşımlar edən şəxslərə qarşı istintaq işi başlatması da buna təsirsiz ötüşməyib.
Bundan əlavə yerli əhalinin də kütləvi şəkildə dollardan imtina edərək onu təcili şəkildə lirəyə çevirməsi isə ayrı bir alqışa layiqdir.
Bir sözlə bütün tədbirlər lirəyə olan inamı bir qədər də olsa geri qaytara bilib.
Qeyd edək ki, Türkiyənin dini rəhbərləri müsəlmanlara əllərində olan dollar ehtiyatlarını təcili şəkildə milli valyutaya çevirmələri barədə fətva verib.