09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran qarışır: “Qoşulmayanlar biqeyrətdir” - VİDEO

13.08.2018

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır.
!Dövran Media" xəbər verir ki, ayaqqabı istehsalı və satışı ilə məşğul olan yüzlərlə şəxs öz mağaza və sexlərini bağlayaraq, ölkənin ağır iqtisadi durumuna, bahalığa etiraz ediblər.
Ayaqqabı istehsalında istifadə edilən keyfiyyətli xammalın çatışmazlığından və ya baha qiymətlərlə əldə olunmasından narahat olan yürüş iştirakçıları "Mağazalarınızı bağlayın”, "Tətilə qoşulmayanlar biqeyrətdir”, "Diktatora ölüm” şüarları səsləndirərək, hökumətin başmaqçıların ağır durumuna laqeyd qalmasına etirazlarını bildiriblər.