04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtaliyada yarım il müddətinə fövqəladə rejim tətbiq olundu

27.08.2021

İtaliya hökuməti ölkənin cənub bölgələrinə təsir edən meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.

Bu barədə TASS məlumat yayıb.

"Nazirlər Şurası sədr Mario Draqinin təklifi ilə iyul ayının sonundan Kalabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan etmək qərarına gəlib”, - deyə sənəddə bildirilir.

Əlavə olaraq, "2021-ci il 3 iyul-8 avqust tarixləri arasında meydana gələn meteoroloji hadisələr” səbəbiylə Lombardiyanın üç əyalətində də altı aylıq fövqəladə rejimin tətbiq edildiyi qeyd olunur. Söhbət Komo, Sondrio və Varesedən gedir.