04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden İŞİD-ə səsləndi

27.08.2021

ABŞ prezidenti Co Bayden Kabul hava limanında terror aktını törədilənləri bağışlamayacağını bəyan edib.

DM xəbər verir ki, hadisədən sonra Ağ Evdə mətbuat konfransı keçirən Bayden bir sıra açıqlamalar verib.

İŞİD-ın Xorasan qolunun Kabil hava limanında törətdiyi terror aktını şərh edən Bayden, "Bunu sizə ödətdirəcəyik!",- deyə səslənib. O, həmçinin də, "Hücuma istədikləri yerdə və zamanda cavab verəcəklərini",- söyləyib.

Bayden 13 amerikalı əsgərin öldüyünü, 15 nəfərin isə ağır yaralandığını qeyd edərək, "Həyatını itirən ABŞ əsgərləri bizim üçün qəhrəman olaraq xatırlanacaq. 70 mindən çox əsgərlərimizi evakuasiya etmişik. Dünyada əhəmiyyətli hərbi gücə sahib olan bir ölkə olaraq, son 6 aydakı şəklə baxdığımda İraqdakı əsgərləri evlərinə döndüklərini düşünürəm. O qəhrəmanların ailələri qarşısında məsuliyyətimiz var. Bu vəzifələri yerinə yetirəcəyik. Bu gün itirilən həyat, azadlıq naminə itirilən həyatdır", - deyə ifadə edib.