03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin ÜST-ü ABŞ laboratoriyalarını yoxlamağa ÇAĞIRDI

26.08.2021

 Çin Xalq Respublikasının Cenevrədə yerləşən BMT Baş Qərargahındakı Daimi Nümayəndəsi Çen Xu ABŞ-dakı bioloji laboratoriyaların yoxlanılması tələbi ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sorğu göndərib. Söhbət Fort Detrisk və Şimali Karolina Universitetindəki müəssisələrdən gedir.

DM  "Global Times”a istiunadən xəbər verir ki, müraciətdə pandemiyaya səbəb olan koronavirusun mənşəyinin araşdırılmasının vacibliyi bildirilib.

Nəşr qeyd edir ki, bu, Çinin diplomatik kanallarla ÜST qarşısında qoyduğu ilk tələbdir. Yüksək rütbəli çinli diplomatın təşkilatın rəhbəri Tedros Adanom Gebreyesusa ünvanlandığı müraciətə Çindən gələn 25 milyon İnternet istifadəçisindən gələn toplu bir məktub da əlavə olunub.