03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldo Bakıya gəlir

26.08.2021

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoldaşlı oyunları üçün heyəti bəlli olub.

DM xəbər verir ki, baş məşqçi Fernandu Santuş heyətə 24 oyunçu daxil edib.

Onların arasında İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldo da var.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.