03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda kran aşdı

26.08.2021

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən "VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşmış və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.