03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 yaşında

26.08.2021

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin yarandığı gündən 100 il keçir.

Bu barədə Təhsil Naziri Emin Əmrullayev paylaşım edib:

"Bu gün respublikamızın ilk müəllim hazırlığı həyata keçirən ali təhsil ocağının - Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Prezident İlham Əliyev 21 aprel 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Fəaliyyətə başladığı zamandan etibarən elmi-pedaqoji kadr hazırlanması işini uğurla həyata keçirmiş universitet hazırda da müasir tədqiqatlara əsaslanaraq və innovativ təlim-tədris texnologiyalarından istifadə edərək yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik Azərbaycan müəllimləri yetişdirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyətini təbrik edir, onlara Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayıram”.