08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın raket gəmisi Qara dənizə GƏLDİ

13.08.2018

ABŞ Hərbi-Dəniz Qüvvələrinin "Tomahawk” və "Harpoon” raket sistemləri ilə təchiz olunmuş gəmisi "USS Carney” Qara dənizə daxil olub.
"Dövran Media" xəbər verir ki, gəmi dənizdə təhlükəsizliyin təmin olunması və regiondakı müttəfiq və tərəfdaşların uzlaşmasını möhkəmləndirilməsi üzrə əməliyyat keçirir.
"Carney”in Qara dənizə gəlməsi bizim regionda təhlükəsizlik və sabitliyə sadiqliyimizi nümayiş etdirir. Biz orada olacağımız vaxt tərəfdaş dövlətlərlə uzlaşmanı, həmçinin informasiya və təcrübə mübadiləsini artırmış olacağıq”, - deyə Tayson Yanq bildirib.
Qeyd edək ki, "Carney” ABŞ-ın "Arleigh Burke” tipli döyüş gəmisidir. O, "Aegis” raketdən müdafiə sistemi, "Tomahawk” və "Harpoon” raketləri, həmçinin hava hücumundan müdafiə, sualtı aşkarlama və hücum sistemləri ilə təchiz olunub. Gəmi iki ədəd "Sikorsky MH-60R” hücum helikopteri daşıya bilər.