09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Növbəti üç ay kritik bir dövr olacaq" - ÜST

26.08.2021

Payız ayları pandemiyaya hazırlıq məsələsində son dərəcə əhəmiyyətli olacaq.

DM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinq zamanı bildirib. ÜST sözügedən canlı yayımı "Twitter" üzərindən aparıb.

"Növbəti üç ay gələcək pandemiyaya hazırlığın təmin edilməsi və buna reaksiya tədbirlərinin təşkili üçün kritik bir dövr olacaq", - deyə ÜST rəhbəri bəyan edib.

Təşkilat rəhbəri onu da əlavə edib ki, dünyada koronavirusa gündəlik yoluxma və ölüm sayı ilə bağlı vəziyyət sabitləşib:

"Lakin bu sabitlik çox yüksək səviyyədədir — 4,5 milyondan çox yoluxmavə 68 min ölüm".