09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Helikopter qəzası - ekipaj həlak oldu

13.08.2018

Şərqi Tacikistan dağlarında 13 alpinisti Fortambek buzlağındakı baza düşərgəsindən çıxararkən sərt eniş edən helikopterin ekipajı həlak olub.
"Dövran Media" xarici KİV-lərə istinadla xəbər verir ki, həlak olanların arasında alpinistlər də var, lakin onların dəqiq sayı məlum deyil.
Tacikistan hökuməti hələlik bu informasiyanı təsdiq etməyib.
Son məlumata əsasən, respublikanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat katibi Umeda Yusufi helikopterin göyərtəsindəki alpinistlərlə əlaqənin bərpa edildiyini, onların dəqiq yerinin müəyyən olunduğunu bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda qəzanın baş verdiyi rayona Müdafiə Nazirliyinin 3 helikopteri göndəriləcək.
Tacikistan Milli Qvardiyasına məxsus Mi-8 helikopteri 4,2 min metr yüksəklikdə yerləşən düşərgədən havaya qalxan zaman sərt eniş edib. Alpinistlər İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdırmış. Onların arasında Rusiya, Belorus və İspaniya vətəndaşları da olub.