04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donbasda atəşkəs pozuldu

25.08.2021

 Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub,  iki əsgər isə yaralanıb.

DM xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada, dünən Donbasın Novomihaylivka və Piricepilivka bölgələrində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü, 2 yaralının olduğu bildirilib. Həmçinin, ərazidə ATƏT-in nümayəndələrinin olduğu da qeyd olunub.  Məsələ ilə bağlı Avropaya (ATƏT) məlumat verilib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 3 dəfə pozduğunu açıqlayıb.