Ünvanlı sosial yardımın ödəniləcəyi vaxt AÇIQLANDI  
    
                          
     
                         25.08.2021
 
    
                         Avqustun 26-da ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edək ki, avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq həyata keçirilib. Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.