04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda indiyədək koronavirusa yoluxan şagirdlərin sayı AÇIQLANDI

24.08.2021

"2020-ci ilin sentyabrından bu günə qədər yeni növ koronavirusa yoluxan şagird və işçi heyətin statistikası hazırlanır. Bu günə qədər 25 370 şagird, 15 128 nəfər işçi heyət koronavirusa yoluxub”.

DM xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, bu gün təhsil işçilərindən hər iki doza vaksini vurduran təhsil şöbələri içərisində Qazax, Yardımlı, Astara, Neftçala, Lerik, Zərdab və Gəncə rayonları liderlik edir.

"Respublika üzrə ümumtəhsil müəssisələrində 137 min adam, yəni 61 faiz hər iki dozanı vurduran şəxslərdir. I dozanı vurduranların sayı 162 min, yəni 72 faizdir. Ali təhsil müəssisələrində hər iki dozanı 16 min, yalnız birinci dozanı 20 min adam, peşə məktəblərində isə birinci dozanı 3 451 nəfər, ikinci dozanı 3 038 nəfər vurdurub”.