04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfqanıstanda kütləvi aclıq təhlükəsi

24.08.2021

Əfqanıstanda hakimiyyətin "Taliban” tərəfindən ələ keçirilməsindən sonra ölkə sakinləri aclıq təhlükəsilə üzləşiblər.

"Reuters” xəbər verir ki, son həftə ərzində çox sayda vətəndaş işini itirib.

Ölkədə banklar da daxil olmaqla, bir sıra müəssisələr bağlanıb. Ərzaq qiymətləri isə durmadan artır.

Digər tərəfdən ölkə valyutasının ucuzlaşması onsuz da gərgin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Ölkəyə beynəlxalq aviareyslərin dayandırılması isə kənardan humanitar yardımların göndərilməsini xeyli çətinləşdirir.

Məsələ ilə bağlı bir sıra təşkilatlar artıq həyəcan təbili çalır.