03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dini mərasim zamanı onlarla insan xəsarət aldı

24.08.2021

Hindistanın şimalındakı Uttarakhand əyalətində hər il keçirilən "Bagwal” dini festivalı zamanı azı 75 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

"The Times of India” qəzetinin xəbərinə görə, bayram bir-birinə daş atan bir neçə yerli ailə klanının üzvləri arasında "döyüş”lə yekunlaşıb.

2013-cü ildə Uttarakhand Ali Məhkəməsinin bayramı zamanı daş atmaqla bağlı qadağasına və bunu yalnız çiçəklər və meyvələrlə qeyd etməklə bağlı müraciətinə baxmayaraq, bu ənənə insanların həyatı və sağlamlığı üçün təhlükə yaratmaqda davam edir.

Sakinlər tanrıya "qanlı qurban”ın olmamasının bədbəxtliyə səbəb olacağını düşünərək, bu qadağanı qəbul etməyiblər.