05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İşğaldan azad olunan ərazilərdə 112 mina aşkarlandı

23.08.2021

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, avqustun 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 110, tank əleyhinə 2 mina və 54 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 147 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.