01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xaricə gedən vətəndaşların NƏZƏRİNƏ

20.08.2021

"Azərbaycan vətəndaşının xarici ölkəyə getməsi ilə bağlı iki tələb mövcuddur”.

DM-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın və vətəndaşın getdiyi ölkənin tələbidir:

"Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər peyvənd olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir”.