27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

COVID-19 pasportunun yoxlanılması üçün yeni üsul yaradılıb

20.08.2021

"COVID-19 pasportunun yoxlanılması üçün "ASAN İcazə” mobil tətbiqi hazırlanıb”.

DM-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

"Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan "ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq.

Vətəndaşın COVID-19 pasportu olduğu təqdirdə məkanlara buraxılacaq”.