27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin köməkçisindən məhdudlaşdırma ilə bağlı AÇIQLAMA

20.08.2021

"Operativ qərargahın bu günə olan məlumatına görə, vəziyyət nəzarət alında saxlanılır. Hər hansı bir məhdudiyyətə, sərtləşdirilməyə getməyə ehtiyac yoxdur”.

DM-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu, xəstəxanalarımızın kifayət qədər xəstə qəbul etmə imkanı ilə əlaqədardır:

"Xəstəxanalarda gərgin iş rejimi var, həkimlər işləyir. Bu gün xəstələnənlərin öhdəsindən gələ bilirik. Lakin hiss etsək ki, xəstəxanalarda dolma əmsalı yüksəkdir və həkimlər çatdıra bilmir, o zaman operativ qərargahda növbəti addımlarda məhdudlaşmalara gedilməsi müzakirə gedilə bilər”.

O qeyd edib ki, vaksin effektivliyi heç kəsdə şübhə doğurmamalıdır: "Bu, artıq nəzəriyyə deyil, faktdır”.