27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda koronavirusa yoluxma üç dəfədən çoxalıb

20.08.2021

"Son günlər ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlər yüksəkdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, Azərbaycanda son günlərdə yoluxma kəskin sürətdə artır:

"Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük. Bu da 20 gün ərzində ciddi artıma işarə edir”.