27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amerikalı jurnalist “Taliban” yaraqlılarının hücumuna məruz qalıb

19.08.2021

"Taliban” hərəkatının yaraqlıları CNN çəkiliş qrupunu əhatəyə alaraq müxbir Klarissa Uordun üzü örtülü olmadığı üçün prodüser Brent Suelsi tüfəngin qundağı ilə vurmaq istəyiblər.

Bununla bağlı kadrlar CNN-nin rəsmi "YouTube” kanalında yayımlanıb.

"Taliban”ın iki döyüşçüsü bizə tərəf qaçdı, onlardan biri avtomatı qaldırdı və prodüser Brent Suelsi qundağı ilə vurmaq istədi. Sonra onlara yaxınlaşdılar və dedilər ki, çəkilişə icazəmiz var. Yalnız bundan sonra keçməyimizə icazə verildi”, - deyə Uord bildirib.

O əlavə edib ki, jurnalistlərə bu cür hücum edilirsə, ölkədən çıxmağa çalışan əfqanıstanlıların başına gələnləri təsəvvür etmək elə də çətin deyil.