27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da qaçırılan azərbaycanlı qız TAPILDI

19.08.2021

Xəbər verdiyimiz kimi, ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində daimi əsaslarla yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizova övladının Bakıda Şirəliyev Müşviq tərəfindən qanunsuz övladlığa götürməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə şikayət etmişdi. Məsəslə ilə bağlı qadın polisə dəfələrlə müraciət edib. Belə ki, ananın şikayəti media qurumlarında işıqlandırıldıqdan sonra problem öz həllini tapıb.

DM-in məlumatına görə, Xəzər Rayon Polis İdarəsi və bəzi aidiyyatı qurumların araşdırmalardan sonra Əzizova Qloriya Üzeyir qızı anası Lətafət Əzizovaya təhvil verilib.

Qeyd edək ki, Lətafət Əzizova azərbaycanlı şəxslə nikaha daxil olduqdan sonra Amerikaya köçüb. 2018-ci ilin iyunun 9-da onların Qloriya adlı qızları dünyaya gəlib. Qadın bir ildən sonra qızı ilə birlikdə Azərbaycana qayıdıb. Amerikada işləyən Lətafət qızına baxa bilmədiyi üçün Bakıda tanıdığı ailənin yanına qoyub. Əzizova Amerikada işlərini yoluna qoyduqdan sonra gəlib qızımı götürəcəkmiş. Lakin həmin ailə azyaşlını qanunsuz şəkildə övladlığa götürərək, Qloriyanı anasından gizlədiblər.