27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveçli ekspert Qarabağın mövqeyindən danışdı

19.08.2021

Vətən müharibəsi ilə münaqişənin bitməsindən sonra regionda sülhün daimiliyi infrastruktur və kommunikasiyaların qurulması baxımından dünya üçün vacibdir.

Bunu "Report”un Avropa bürosuna açıqlamasında İsveç Krallığı Riksdaqının (parlamentin) keçmiş deputatı (2014-2018), ekspert Pavel Qamov bildirib.

"Artıq regionda infrastrukturun, eləcə də Avropaya nəqliyyat marşrutlarının yaxşılaşdırılması çox vacibdir. Həm insanlar, həm də mallar Azərbaycandan və Qarabağ regionundan qonşu ölkələrə və qitələrə daha yaxşı getmək imkanına malik olmalıdır. Qarabağ Avropa-Asiya arasında marşrut kimi vacib yerdir. Həm Azərbaycan, həm də Orta Asiya və Avropa ölkələri turizmi, işə gediş-gəlişi, ticarət və digər vacib sahələri asanlaşdırmaq üçün yol şəbəkəsini və kommunikasiya marşrutlarını yaxşılaşdırmaqda maraqlıdır”, - deyə Qamov əlavə edib.