27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfqanistanda mühasirədə qalan tibb bacısından AÇIQLAMA

19.08.2021

"Taliban" ölkənin əksər hissəsini ələ keçirdikdən sonra Əfqanıstanda qalan 20 yaşlı türkiyəli tibb bacısı İrem Kahraman vətəninə qayıda bilib.

DM-in məlumatına görə, Pakistanda uçan təyyarə ilə İstanbula gələn İrem qorxu dolu anlar yaşadığını dilə gətirib.

Tibb bacısı Kabil hava limanına çatana qədər böyük bir xaosun içində olduqlarını və Taliban üzvlərinin onları qamçılarla qorxutduqlarını qeyd edib.

"Cənub qapısının qarşısında ABŞ əsgərləri və Taliban təhlükəsiz bölgəni qoruyurdu. Oraya çatana qədər bütün əşyalarımızı atdıq. İngilis əsgərinin yanına getməyə çalışdıq. "Biz Türkük" deyə bağırdığımız zaman, Taliban bizi qamçılarla qorxudurdu. Ora çatana qədər çətin anlar yaşadıq. Təhlükəsiz bölgəyə keçdiyimiz nöqtədən Azərbaycan və Türkiyə əsgərləri gəlib bizi apardılar. Oradakı səfirliyimiz də bizi qəbul etdi və bura gəlməyimizə hamı kömək etdi. Hamısına çox təşəkkür edirəm".