02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Patruşev: Terrorçular İran və Türküstana keçəcək

19.08.2021

Əfqanıstandakı hazırkı situasiya ABŞ və NATO-nun digər üzvlərinin kəşfiyyatlarının səriştəsiz fəaliyyətinin nəticəsidir.

DM xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

"ABŞ-ın və onların müttəfiqlərinin siyasi və hərbi rəhbərliyinin Əfqanıstandakı situasiyaya tam nəzarət etməsi ilə bağlı əminliyi real vəziyyəti doğru qiymətləndirə bilməməsinə gətirib çıxardı” – deyə o bildirib.

Patruşev Əfqanıstandakı terror təşkilatlarının gələcəkdə Mərkəzi Asiyaya, Çinin Sintzyan bölgəsinə, İranın şimalına, Hindistana yönələ biləcəyini deyib. O, həmçinin ABŞ-ı qlobal miqyasda narkolaboratoriya yaratmaqda ittiham edib:

"Narkotrafiklə mübarizə yerinə 20 il ərzində ABŞ qlobal miqyasda narkolaboratoriyaların yaradılmasını reallaşdırdı. Tiryək istehsalı 40 dəfədən çox artıb”.