02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı yanğınsöndürənlər Türkiyədən qayıdıb

19.08.2021

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyə Respublikasına göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu vətənə qayıdıb.

"Report”un məlumatına görə, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikaları və şəxsi heyətin digər hissəsi də vətənə dönüb.

Qeyd edək ki, onlar Türkiyə - Gürcüstan - Azərbaycan yolu ilə ölkəyə qayıdıblar.