08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Aktauda ÇIXIŞ ETDİ

12.08.2018

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.
"Dövran Media" AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, Rusiya Prezidenti Vladimir Putini, İran Prezidenti Həsən Ruhanini və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.
Sonra V Zirvə toplantısında iştirak edən dövlət başçılarının geniş tərkibdə iclası oldu.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısını açdı, tədbirdə imzalanacaq sənədlərin əhəmiyyətindən danışdı.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış etdi.