01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jalə Əliyeva yarımfinalda

18.08.2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

DM xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Gültəkin Şirinova (50 kq) ilk görüşdə Qırğızıstan güləşçisiylə qarşılaşıb. Qarşılaşma dramatik alınıb. Son saniyələrdə üç xal geridə olan həmyerlimiz beş xallıq fəndi uğurla icra edərək "tuşe” ilə qələbə qazanıb. Ona qədər isə görüş 19:17 idmançımızın xeyrinə olub. Ancaq 1/4 finalda o, hindistanlı rəqibiylə bacarmayıb – 8:18.

Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (59 kq) Polşa təmsilçisinə 2:0 qalib gələrək yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Anastasiya Sidelnikova (Rusiya) olacaq.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Qeyd edək ki, dünən üç sərbəst güləşçimiz finalda uduzaraq gümüş medalla kifayətlənib.