01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Firdovsi Umudov təltif olundu

18.08.2021

 "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, Şöhrət ordenli Əməkdar məşqçi, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən "Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif edilib.

Bu barədə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev öz "Instagram” hesabında paylaşım edib. 

Məşhur idmançı F.Umudovu bu münasibətlə təbrik edib: "Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci il dönümüdür. Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Bundan əlavə olaraq mənim bütün nailiyyətlərimdə əvəzsiz əziyyətlərinə görə "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi Firdovsi Umudova da minnətdaram. DSX rəisi, general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən F.Umudov "Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif olundu. Bu uğur münasibətilə təbrik edir, ən ali orden və medallara layiq olmasını arzulayıram”.

Qeyd edək ki, F.Umudov 1993-2005-ci illərdə Azərbaycan sərbəst güləş millisinin heyətində dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi, Avropa çempionatının bürünc mükafatçısı, tələbələr arasında dünya çempionatının gümüş mükafatçısı, Dünya kubokunun qalibi olub. 2005-2008-ci illərdə yeniyetmələrdən ibarət güləş yığmasının məşqşisi və baş məşqçisi olub. 2008-2016-cı illərdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi olaraq çalışıb.

2009,2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı baş məşqçisi seçilib. 2016-2018-ci illərdə Azərbaycan güləş yığmasının baş məşqçisi olub. 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.

Beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Asossisasiyasının üzvüdür.

Onun rəhbərliyi altında güləşçilərimiz dünya və Avropa çempionatları, Olimpiya Oyunları və Dünya Kuboku yarışlarında dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Prezidentin müvafiq sərəncamları ilə "Şöhrət” ordeni, "Tərəqqi” medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

2002-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır, polkovnik-leytenantdır. "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisidir. 2017-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə medalı” ilə, həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən xidmətlərinə görə digər medallarla təltif edilib.

Qeyd edək ki, sərbəst güləş üzrə dünyanın ən yaxşı məşqçisi seçilmiş yeganə azərbaycanlı mütəxəssis olan Firdovsi Umudov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı digər sərhədçilər kimi öz vəzifə borcunu şərəflə yerinə yetirib.