01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir çox Əfqan vətəndaşlarının pasportları məhv edilib

18.08.2021

ABŞ səfirliyinin əməkdaşları Kabildən təxliyə ərəfəsində sənədlər və avadanlıqlarla yanaşı Əfqanıstanın bir sıra vətəndaşlarının pasportlarını da məhv ediblər.

Bu barədə CNN telekanalı xəbər yayıb.

Konqresmen Endi Kimin ofisindən kanala bildirilib ki, ABŞ səfirliyində viza qəbulları dayandırılıb. Bununla əlaqədar olaraq diplomatik missiyada olan pasportlar məhv edilib.

Bu addımın sənəd sahiblərinin "Taliban”ın qurbanı olmaması üçün atıldığı güman edilir.

Konqresmen Tom Malinovski öz növbəsində qeyd edib ki, indi ABŞ hakimiyyəti pasportu olmayan insanları fərqli bir şəkildə, məsələn, telefon nömrələri ilə yoxlamalı olacaq.

"Bir çox hallarda onların əlaqə məlumatlarını, telefon nömrələrini bilirik və elə buna əsasən onları müəyyən etməli olacağıq”, - deyə o bildirib.